9 C
Baku
Monday, November 18, 2024

Forex: Həftə ərzində ən çox dəyər itirən valyutalar (SİYAHI)

Qlobal birjalarda iyulun üçüncü həftəsi bir qədər gərgin keçdi.

Həftə hələ bağlanmayıb, lakin inidyə qədər olan nəticələr və bundan sonrakı proqnozları da nəzərə alsaq dollar bu həftənin qəhramanıdır.

ABŞ dollarının indeksi artıq 108 bəndin özünə komfort zona tapıb.

Dollar həftə ərzində əsas rəqibi olan avroya qarşı bahalaşıb. Son həftə ərzində EUR/USD cütülüyü 1.6% düşərək paritetə düşüb. Riskə həssas avstraliya dolları isə son həftədə ən çox dəyər itirən valyutadır. AUD/USD 2% azalaraq 0.6721 səviyyəsinə düşüb.

Dolların bahalaşması ilə bağlı əsas səbəb: investorların gələcəkdə ABŞ Federal Ehtiyat Sisteminin monetar siyasətini sərtləşdirəcəyi ilə bağlı gözləntiləridir. FED ölkədə 9.1%-lik göstərici ilə son 40 ilin maksimuna çatan illik inflyasiyanı cilovlamaqda israrlı olmaları ilə bağlı gözləntiləridir. Növbəti iclasda 75 və 100 baza bəndi faiz artımını mümkün sayırlar.

3123 1

Son xəbərlər
Digər xəbərlər