İyulun 8-ə olan göstəriciyə əsasən Rusiyanın beynəlxalq valyuta ehtiyatları 394,7 mlrd. dollar təşkil edib.
Bu barədə RİA “Novosti” agentliyi Rusiya Bankına istinadən yazır.
Qeyd edilən vaxtdan 1 həftə öncə Rusiyanın beynəlxalq ehtiyatları 393,7 mldr. dollar olub. Beləliklə, hesabat dövründə ehtiyatlar 1 mlrd. dollar və ya 0,3% artıb.
APA