17 C
Baku
Saturday, October 5, 2024

“Həftə sonları”-nın yaratdığı təhlükə

Həftə sonunu necə planlaşdırmaq lazımdır ki, uzun müddət gözlənilən istirahət əsl işgəncəyə çevrilməsin? Bizlərdən hər birimiz gərgin iş rejimində olarkən həftə sonunda keçirəcəyi gözəl istirahəti arzulayır. Lakin həftə sonu səhərdən axşama qədər nə edəcəyini bilməmək – budurmu əsl həftə sonu xoşbəxtliyi?

Nə ilə məşğul olmağımıza qərar verə bilmədikdə və yazud şüur altı olaraq bütün edə biləcəklərimizi inkar etməklə biz növbəti təhlükə – pis əhval-ruhiyyə ilə üzləşirik. Beynimizi konkret fəaliyyətə kökləmədikdə, şüurumuz gec və ya tez bu qərarsızlıqdan yorulur və heç də xoş olmayan narahatlıq hissi, mənfi xatirələr ilə üzləşir ki, bunun da nəticəsində əhval korlanır.

Bəs bu qədər həvəslə gözlədiyimiz həftə sonlarını fəaliyyətsizlikdən necə xilas edə bilərik:

Bunun üçün ilk növbədə öz sərbəst zamanınızı planlaşdırmaq, aydın məqsədlər təyin etmək və onlara mütləq olaraq əməl etmək lazımdır.

Bu plana mümkün qədər idmanın istənilən növünü əlavə etməniz yaxşı olardı. İdman hərəkətləri  gərginləşmiş əzələlərinizə yeni güc qazandırmaqla, qarışıq fikirlərinizin də dağılmasına kömək edəcək.

İradənizi gücləndirəcək daxili intizamı inkişaf etdirmək lazımdır. Enerjini daxili intizamın yaranmasına yönləndirməyə kömək edən fəaliyyətlərə rəsm çəkmək, musiqi alətində ifa etmək, şeir yazmaq, elmi ədəbiyyat oxumaq kimi məşğuliyyətlər aiddir.

Son xəbərlər
Digər xəbərlər