10 C
Baku
Thursday, December 12, 2024

Həftənin ən “ağır” günü hansıdır?

Dünyada  işləyənlər üçün ən ağır günlər bazar ertəsi və cümə günləridir. Bazar ertəsi fikri işdə cəmləşdirmək çətindir, çünki başınızda istirahət günləri baş verənlər barədə düşünürsüz.  Cümə günü isə uzanır…  Heç qurtarmaq bilmir!

Lakin Dünyada  keçirilən tədqiqatlar və sorğular göstərdi ki, bazar ertəsinin çətin gün olması barədə formalaşan fikir düzgün deyil.  Aydın olur ki, bir çox təşkilat və idarələrdə daha ağır gün cərşənbə axşamıdır. Bazar ertəsi hərəkətə gəlmə, işlərin bu həftəyə planlaşdırılması gedir və sair, ciddi heç nə baş vermir, problemlər isə öz növbəsində görünmədən yığılırlar. Və bütün bu keçən həftə və bazar ertəsi ərzində yığılmış problemlər, çərşənbə axşamı gərginlik və stress gətirərək başınıza tökülür.  Məhz çox vaxt  cərşənbə axşamı işçi üçün dəhşətli olan “Siz işdən azadsınız!” ifadəsi səslənir.

Psixoloqlar təsdiq edirlər ki, tabeçiliyinizdə olanları idarə etməkdən əvvəl, özünüzü idarə etməyi öyrənmək lazımdır. Hələ qədimlərdə deyirdilər ki, ən çətin müharibə, özünlə müharibə etməkdir. Bu səbəbdən, “ağır günlərə” qarşı ən etbarlı silah birinci öz işinizin, sonra isə əməkdaşların işini  səmərəli planlaşdırılmasıdır.

Xarici idarəetmə elmində “ağır günləri” nəzərə alaraq idarə və təşkilatların işinin səmərəli planlaşdırılmasına heç də az diqqət ayrılmır. Sidney universitetinin alimləri (Avstraliya) sorğu yolu ilə işçilərin həftənin hansı günü əhval-ruhiyələrinin daha pis olduğunu təyin etməyə cəhd göstərmişlər. Həftənin gününə bağlı olmayan sorğu gözlənilməz nəticə vermişdir: ən pis əhval-ruhiyyə bazar ertəsidir, sonra həftə ərzində o, get-gedə yaxşılaşır.

Lakin əhval-ruhiyyə haqqında hər gün soruşduqda, tamamilə başqa nəticə alınmışdır: ən pis əhval-ruhiyyənin çərşənbə günü olduğu müəyyən edilmişdir.Alimlər bunu belə izah etmişdilər: çərşənbə günü əhval-ruhiyyə ən aşağı nöqtəyə keçmiş istirahət günlərinin çoxdan olduğu və gələcək istirahət günlərinə çox qalmağı səbəbindən enir, iş isə ağır yük olaraq qalib. Ümumiyyətlə, vəziyyət ümidsiz görünür.

Lakin, xaricdə və Azərərbaycanda  maliyyəçilər və kadrlar üzrə mütəxəssislər arasında keçirilən sorğu bir qədər fərqli görünüş verir. Xarici maliyyəçilər, sorğu keçirənlər üçün gözlənilmədən cümə axşamını daha az məhsuldar və daha çox gərgin adlandırırlar. Onlar bunu belə izah edirlər: cümə axşamı əvvəlki günlərdə həll edə bilmədiyimiz və “sonraya” saxlamaq olmayan ən çətin problemləri həll etmək lazım gəlir. Görünür ki,  problemlərin bir hissəsini həftənin axırına saxlamaq mümkün olduğu səbəbindən, onlarda ən məhsuldar bazar ertəsi və çərşənbə axşamı günləri olmuşdur.

Bizimkilərdə bundan tam fərqlidir. Burada bazar ertəsi, sonra isə cümə günü ən az məhsuldardır.  Onlarda və bizdə ancaq cümə günü üst-üstə düşür, cümə günü “zəifləmə” başlanır, çünki cümə günü artıq çox şey etmək olmur, qabaqda isə istirahət günləri gözləyir və cəzb edir.

Kim də bilməsə, biz isə sizinlə İnternetdə hər bir məlumatı tapmağın mümkün olduğunu bilirik.  Həftənin ən ağır günlərini təyin etmək üçün Britaniya ekspertləri bu məlumatın qiymətləndirilməsinə yeni üsul tapıblar. Bunun üçün onlar bloqlarda deyilən müsbət yaxud mənfi emosional tonu seçmişlər. Onlar bloqlarda 2,4 milyon rəyi analiz edərək, neqativin çərşənbə günü daha çox müşahidə olduğunu təyin etmişlər. Bu, həmən ekspertlərin “canlı” halda keçirdikləri sorğunun nəticələrinə ziddir, sorğuya uyğun olaraq ofis işçiləri üçün ən ağır günün çərşənbə axşamı səhər saat 11:45 olması olduğu aşkar olmuşdur.  Lakin 2,4 milyon rəydən çıxarışın bir neçə yüz sorğuda iştirak edəndən çox olduğu səbəbindən, çərşənbə günü daha düzgündür.

Amma astrologiyaya inanlara deyə bilərəm ki, Zodiak bürcləri üçün ən əlverişli günlər bunlardır: Şirlərə bazar, Xərçənglərə bazar ertəsi, çərşənbə axşamı Əqrəblərə və Qoçlara, çərşənbə Əkizlərə və Qızlara, cümə axşamı Oxatanlara və Balıqlara, cümə Buğa və Tərəzilərə, Oğlaqlara və Dolçalara şənbə günləri. Və ən ağır günlər: bazar Dolçalara, bazar ertısi Oğlaqlara, çərşənbə axşamı Buğa və Tərəzilərə, çərşənbə Oxatanlara və Balıqlara, cümə axşamı Əkizlərə və Qızlara, cümə Əqrəblərə və Qoçlara, Şirlərə və Xərçənglərə isə şənbə günləridir.

Şəxsən mən bürclərə yox, peşəkarlığa inanıram. Məhz peşəkarlıq yüksək əmək məhsuldarlığının mənbəyidir.  Peşəkarlar öz işlərini sevirlər, ona həvəslidirlər, ona tamamilə qapanıblar. Müsbət şəxsi motivasiya, məhz bu peşəkarları hətta yaxşı işçilərdən fərqləndirir. Çünki peşəkarlar həftənin günündən, əhval-ruhiyyədən asılı olmayaraq ən yüksək səviyyədə və son dərəcə fədakarlıqla çalışmaq iqtidarındadırlar.  Və burada, digər insanlarda olduğu kimi, peşəkarlarda olan şəxsi problemlər iş vaxtı ikinci plana çəkilir.

Belə ki, əmək məhsuldarlığının “ağır” günlərdə azalması nəinki əməyin planlaşdırılması və təşkili problemi, daha çox insan psixologiyası problemidir. Həftənin hər bir günü yaxşı işləmək reseptini Struqatskiy qardaşları “Bazar ertəsi şənbə günündən başlanır” povestində vermişdilər: – “Yalnız istədiyini et”.

Sevdiyin işlə məşğul olmaq yüksək əmək məhsuldarlığının təminatıdır. Hörmətli oxucular, onda əməyiniz və sevdiyiniz işinizin üst-üstə düşməyinə nail olmağa çalışın (balıqçılar barədə susuram!).

Son xəbərlər
Digər xəbərlər