13 C
Baku
Sunday, September 29, 2024

Həftənin ən yaxşı günü

Bir gün tələbə müəllimindən soruşur:

— Alıcıya təklif ilə müraciət etmək üçün elə bir xüsusi gün varmı ki, sonda uğurlu nəticə əldə edək?

— Gün? — deyə Müəllim təəccübləndi.

— Yəni, həftənin və yaxud ayın hansısa günü…

— А-а-а, həftənin günü… — müəllim başı ilə təsdiq etdi. — Bəli, əlbəttə. Bu gün — çərşənbədir, — deyir və hiyləgərcəsinə şagirdlərinə baxır.  Şagirdlər isə bu zaman dəftərlərini açıb tez qeyd aparmaqda idilər.

— Bəs sən niyə yazmırsan? — deyə müəllim qarşısında oturan və ona baxaraq təbəssüm edən şagirdə deyir.

— Çünki mən bilirəm ki, siz daha sonra nə deyəcəksiz.

— Nə deyəcəkdim?  — Müəllim bir az əsəbi halda əlini qaldırdı və bütün şagirdlər donaraq onları izləməyə başladılar. Qeyd aparmayan şagird isə bildirdi:

— Bu gün həmçinin çərşənbədir, cümə axşamıdır, cümədir, şənbədir, bazardır, bazar ertəsidir, çərşənbə axşamıdır.

— Sən haqlısan, yalnız mən əvvəlcə cüməni, sonra çərşənbəni deyəəckdim.

Şagirdlər yoldaşlarının doğru cavabındans evinməyə başladılar. Sonra isə onlardan biri soruşdu:

— Müəllim, ardıcıllıq məhz belə olmalı idi?

Müəllim az əvvəl doğru cavabı vermiş şagirdə müraciətlə dedi:

— Cavab ver!

— Yalnız bir gün var, — O gün — bu gündür.

Son xəbərlər
Digər xəbərlər