12 C
Baku
Wednesday, December 11, 2024

“Həftənin ən yaxşı xəbəri”

Bir şəhərdə qolf üzrə turnir keçirilir və qalib külli miqdarda pul mükafatı ilə təltif edilir.

İdmançı sevincli halda evinə qayıtmağa hazırlaşır. Klubun yaxınlığında bir qadın idmançıya yaxınlaşır və  ondan qazandığı məbləğin bir hissəsini tələb edir. Qadın çox bədbəxt və məyus halda görünürdü və idmançı onu sona qədər dinləmək qərarına gəlir.

Belə məlum olur ki, qadının oğlu ağır xəstədir və qarşıda onu çətin, bir o qədər də bahalı əməliyyat gözləyir. Qadının isə pulu yoxdur.

Qadının danışdıqları idmançıya təsir edir və qazandığı bütün məbləği onun oğlunun əməliyyatı üçün bəxş edir.

İdmançı bir neçə gündən sonra kluba, dostlarının yanına qayıdır. O bədbəxt qadınla qarşılaşdığı hadisəni dostlarına danışır.

– Çox heyf! — deyə onların hamısı eyni anda dilə gəlir.. — Sən də o qadının tələsinə düşdün. O qadın fırıldaqçıdır və danışdığı “bədbəxt” hadisəsi isə yalandan başqa bir şey deyil. Təəssüflər olsun ki, bu həmin qadının ilk belə fırıldağı deyil.

– Belə aydın olur ki, heç bir xəstə uşaq yoxdur? — deyə idmançı səbirsizliklə soruşur

– Yox!

– Allaha şükür! Bu mənim bu həftə ərzində eşitdiyim ən xoş xəbərdir!

Son xəbərlər
Digər xəbərlər

1 comment

Comments are closed.