“Həftəsonu ictimai nəqliyyatın fəaliyyət göstərməsi ilə bağlı məsələ müzakirə olunmur”.
Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Prezident Administrasiyanın İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.
O deyib ki, şənbə və bazar günlərində ictimai nəqliyyat işləmədiyi üçün yoluxma sürəti aşağı düşür: “Bunun nəticəsində biz yoluxma sürətinə nəzarət edə bilirik”.