10 C
Baku
Tuesday, October 29, 2024

Həkimlərin COVID-19 ilə bağlı yeni açıqlamaları

Sağlam insan üçün koronavirus xəstələrinin yalnız 10-20%-i təhlükə doğurur. Banker.az xəbər verir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatının canlı yayımı zaman ekspert Maria van Kerkhove bildirib.

Onun sözlərinə görə, mütləq deyil ki, bütün xəstələr infeksiyanı başqalarına ötürsün. Statistikaya görə, xəstələrin 10-20%-i yoluxanların 80%-nə cavabdehdir.

“Bu o deməkdir ki, koronavirusun yayılması “ocaqlar” vasitəsilə baş tutur”, – ÜST-nin eksperti söyləyib.

O qeyd edib ki, insanın sıxlıq yüksək olan otaqlarda uzun müddət qalması çox təhlükəlidir. İlk növbədə klublar, həbsxanalar, qocalar evləri və xəstəxanalar nəzərdə tutulur.

ÜST-nin fövqəladə vəziyyətlər üzrə direktoru Michael Ryan koronavirusun yox olmadığını və hələ də aqressiv olduğunu vurğulayıb. Onun fikrincə, sağalan insanlarda koronavirusa qarşı immunitetin nə dərəcədə güclü olacağı hələ bəlli deyil.

Son xəbərlər
Digər xəbərlər