Hindistan dünyanın ən nəhəng ölkələrindən biridir və əhalisinin sayına görə ikinci yerdədir.
Business Insider nəşri həm varlı, həm zəngin Hindistan barədə ən maraqlı faktları toplamışdır.
Hind yollarının uzunluğu o qədər çoxdur ki, onlarla Yer kürəsini 117 dəfə dövr etmək mümkündür.
Nyu-Dehlinin sahib olduğu hava dünyanın ən çirkli havasıdır.
2012-ci ildə Hindistanda hər 3 dəqiqədə 1 insan dünyasını dəyişirdi.
Dünyanın ən rütubətli ərazisi Hindistanda yerləşir. Burada orta illik yağıntının miqdarı təqribən 40 fut təşkil edir.
Hindistan dünyanın sahib olduğu viskinin yarısını istehlak edir.
Ölkə 2020-ci ildə dünyanın ən gənc ölkəsi olacaq. 2020-ci ildə Hindistanda orta yaş həddi 29 il olacaq.
Hindistanın ən varlı 25 şəxsinin sahib olduğu sərvət 174,8 milyard dollar olaraq qiymətləndirilir ki, bu da Ukraynanın ÜDM həcminə bərabərdir.
Hindistan torpaqlarının 25%-i səhralaşmağa doğru gedir. Bu üç Birləşmiş Krallıq ərazisinə bərabərdir.
Hindistan bir il ərzində 415 milyon dollarlıq saç ixrac edir.
2012-ci ildə Hindistanda 1 gündə 371 intihar hadisəsi baş verib.
Hindistanın sahib olduğu kömür ehtiyatı 275 milyard don təşkil edir.
Hindistanın tibb turizminin həcmi 2 milyard dollar olaraq qiymətləndirilir.
Hindistanda ən bahalı evin dəyəri 1 milyard dollardır və bu təqribi olaraq Somalinin ÜDM həcminə bərabərdir.
Hindistan jurnalistlər üçün ən təhlükəli ölkələrin 4-lüyünə daxildir.