İlon Mask gün ərzində bütün işlərini görməyi çatdırır. Inc. portalı oxuyucuları ilə milyarderin gündəlik vərdişlərini bölüşür.
1. Elektron poçtla yazışma. İlon Mask elektron poçtla, müxtəlif messencerlərdən əlaqə qurmağa üstünlük verir. Onun fikrincə, bu ünsiyyət vasitəsi dərhal cavab tələb etmir. Mask telefon danışıqlarından qaçmağa çalışır və bu ona öz qrafikini qurmağa kömək edir.
2. “Əlçatmazlıq”. İlon Mask işinə çox ciddi yanaşır, buna görə lazımsız mesajlara vaxt itirmir. O, əməkdaşlıq etmədiyi insanlardan uzaqlaşmağa üstünlük verir və əlaqə üçün tanınmayan e-mail adresindən istifadə edir. Beləliklə, sahibkar yalnız ən maraqlı və əhəmiyyətli təklifləri qəbul etmiş olur.
3. Çoxvəzifəlilik. İlon Mask vacib iclaslarda olduğu müddətdə biznesini idarə etməyi çatdırır – telefon zənglərinə və elektron məktublara cavab verir. Sahibkar hətta qucağında uşaq olduqda belə bizneslə məşğul olmağı çatdırır.
4. Dəqiq qrafik. İlon Mask həmişə optimallaşdırmağa çalışdığı qrafikə riayət edir. Milyarderin iş günü beş dəqiqəlik hissələrə bölünüb. “Sizə çox yaxşı məsləhət verəcəyəm. Özünüzə sual verin: bu tapşırığın yerinə yetirilməsinə daha az vaxt və güc sərf etmək üçün nə edə bilərəm?”
5. Bilik mənimsəməyin prinsipi. İlon Mask yeni məlumatlar tədqiq edərkən “əsas prinsiplər” metodunu rəhbər tutur. O, elmi nəzəriyyə və ya qaydanı başa düşməyə çalışır, sadəcə yadda saxlamağa yox. Sahibkar bir şeyin NECƏ və NİYƏ işlədiyini başa düşərək, öyrənmə prosesinə daha az vaxt sərf etmiş olur.
6. Sağlam yuxu. Gərgin həyat tempinə baxmayaraq, İlon Mask məhsuldar olmaq üçün yuxu rejiminə riayət edir. O, gündə 6 saat yatır, eyni zamanda 2 fincan qəhvə və bir neçə diyetik kola içir.