18 C
Baku
Tuesday, September 17, 2024

Hərəkətdə olan elektrik avtomobilləri üçün naqilsiz enerjidoldurma texnologiyası yaradıldı

Ulsan Milli Elm və Texnologiya İnstitutunun professoru Franklin Byenin rəhbərlik etdiyi bir qrup alim hərəkətdə olan elektrikli avtomobillər üçün naqilsiz enerjidoldurma texnologiyası hazırlayıb.

Tədqiqat “Applied Energy” jurnalında dərc edilib.

Yeni texnologiya hərəkətdə olan nəqliyyat vasitələrinə fasiləsiz enerji təmin edən naqilsiz sistemi əhatə edir. Sistem naqillərin şəbəkəsi vasitəsilə geniş və güclü maqnit sahəsi yaradır ki, bu da avtomobillərə bahalı ferromaqnit materiallara ehtiyac olmadan sərbəst manevr etməyə imkan verir.

Məqalədə qeyd olunur ki, elektromaqnit generatorundan keçən elektrik cərəyanı dairəvi maqnit sahəsi yaradır və effektiv enerji ötürülməsini təmin edir.

Son xəbərlər
Digər xəbərlər