Ötən il Azərbaycanda 5 min 998 ədəd və ya əvvəlki illə müqayisədə 2129 ədəd çox minik avtomobili istehsal olunub.
Banker.az bu barədə rəsmi statistik göstəricilərə istinadən xəbər verir. 2025-ci il yanvarın 1-nə hazır məhsul ehtiyatı 115 ədəd olub.
Dövr ərzində əvvəlki illə müqayisədə traktorların istehsalı 5,9 faiz azalaraq 623 ədəd təşkil edib.
Yük avtomobillərinin istehsalı isə 12,8% azalaraq 697 ədədə düşüb.