7 C
Baku
Sunday, December 15, 2024

Hər bir biznesmenin özünə vermək məcburiyyətində olduğu üç ən asan sual

Dahiyanəli hər bir şey sadədir. Lakin əksər hallarda insanlar bu sadəlikdən bəhrələnib onları həyata keçirməyi bacarmırlar, istəmirlər və ya qadir deyillər. Axı əslində dəyərli bir ideyadan yapışaraq havadan, tullantılardan belə pul qazanmaq olar.

Milyonçu olmaq üçün sənə nə maneə olur?

Çox zaman biz maraqlı biznes-planlara baxıb özümüzə: bu niyə ilk olaraq bizim ağlımıza gəlmədi?- deyə bir sual veririk. Uğur qazanmış insanlar nəyin hesabına digərlərini yarım addım, bir addım qabaqlayırlar? Uğur sistemi işləyir, çünki onlar özlərinə sadə və düzgün suallar verirlər. Və buna əsaslanaraq qarşılarına düzgün məqsədlər qoyurlar.

Sual 1: Mən nəyə nail olmaq istəyirəm?

Çətin olan başlamaqdır. Uğurlu biznes qurmuş insanların əksəriyyəti ən çətin addımın fəaliyyətə başlamaq olduğunu bildirirlər. “Mən bu işlə a)şəxsi biznesimi qurmaq; b)bazarda ən müvəfəqiyyətli olmaq; c)milyon qazanmaq; ç)məşğul olduğum işdən zövq almaq və s. istədiyim üçün məşğul olacam”, – deməlisən.

Vaxt-qızıldır. Qeytsin və Slimin bir dəqiqəsinin qiyməti nə qədərdi?

İnsanların əksəriyyəti fəaliyyət göstərməyə deyil, pis şəraitdən, pulun yoxluğundan, pis iqtisadiyyatdan, total korrupsiyadan, fəaliyyətsiz olan hökümətdən, paxıl qonşulardan və s. şikayət etməyə öyrəşiblər.

Bu problemlərin uydurma olduğunu və mövcud olmadıqlarını heç kəs təqzib etmir. Əksinə. Lakin uğura gedən yolda əsas maneələrin bunlar deyil, insanın özünü bu kimi şəraitlərdən asılı bilməsi, qurban olduğunu hiss etməsidir. Qurbanlar hər şeyi total haqsızlıq və incikliklərlə əlaqələndirdiklərinə görə heç vaxt yaradıcı ola bilmirlər.

“Mən nəyə nail olmaq istəyirəm” sualı insanı mövcüd olan problemlərindən uzaqlaşmağa və nəticəyə hədəflənməsinə məcbur edir. Məqsədi təyin etdiyimiz zaman onun həyata keçirilməsinə də yaxın oluruq.

Sual 2: Məqsədimə çatmaqda mənə nə maneə törədir?

Əgər sən müharibənin qalibi olmaq istəyirsənsə, onda rəqibinə yaxşı bələd olmalısan. Bu biznesdə də keçərlidir. Bu yolda hər kəsin bir çox çətinlikləri və maneələri olur.

Yaxşı rola görə hətta məşhur ulduzlar belə özlərində bir sıra dəyişikliklər edirlər. Məsələn, arıqlayırlar, idman zalında intensiv olaraq çalışırlar. Onlarda hər şey alınır. Çünki , onlar məqsədlərini təyin ediblər, qarşılarına çıxacaq maneələri görürlər və onları cəsarətlə dəff edirlər.

Çox zaman biznes aləmində “mümkün deyil” sözü səslənir. Həqiqi liderlər onu sadəcə olaraq öz leksikonundan çıxardırlar.

Həqiqi liderlər ideyadan onun həyata keçirilməsi planına sürətli keçən düsturdan istifadə edirlər.

Əsl lider : “Mən öz gəlirlərimi bir ildən sonra iki qat çoxaltmaq istəyirəm. Mənim qarşıma hansı manelər çıxa bilər?” , – deyir.

Hər addım hesablamalar ilə , bazarın və rəqabət mühitin təhlili ilə müşahidə olunur. Hər hansı bir biznes, istər kiçik olsun, istərsə də geniş, risk ərazisində qurulur. Dünyanı dəyişən insanlar bu ərazini nəcibləşdirməkdən çəkinməməlidirlər.

Sual 3: Kim artıq buna nail olub?

Sən məqsəd təyin etmisən, maneələrin siyahısını tutumusan, üstün cəhədləri qeyd etmisən və hər bir maneənin dəff edilmə yolunu təyin etmisən. Və əgər sənə yeni ideyalar üçün ilham yetmirsə, bazarın digər sahələrinin müvəfəqiyyətli təmsilçilərinin öz bizneslərini necə qurduqlarından bəhrələnmək olar.

Xeyr, bu ideya oğurluğu deyil, sadəcə olaraq paralel startegiyanın texnikasıdır.
Bəzən təyin olunmuş yerə daha tez çatmaq üçün velosipedi ixtira etmək deyil, onu əldə etmək və yaxud icarəyə götürmək daha effektivdir.

Çünki, həyatda və biznesdə ən dəyərli ünsullardan biri vaxtdır. Uğur qazanmış şirkətlərin yaradılma prosessinin , strategiyalarının, marketinq modellərinin düzgün aparılmış təhlili və konkret məqsədlərə çatmaq üçün onların alətlərindən istifadə etmək sənə biznes -mühitdə uğur qazanmağa və pula və vaxta qənaet etməyə kömək edir.

Son xəbərlər
Digər xəbərlər