26 C
Baku
Wednesday, April 24, 2024

Hər bir şirkətin Biznes Analitikasına investisiya etməli olduğunu göstərən 10 səbəb

Hər bir şirkətin  Biznes Analitikasına investisiya etməli olduğunu göstərən 14 səbəb

Biznes intellekti kimi də adlandırılan Biznes Analitikasının əsas vəzifəsi bizneslər üçün lazım olan məlumatları toplamaq və bunların  tətbiq oluna biləcək şəkildə izahını verməkdən ibarətdir. Müasir dövrdə Biznes analtikasının müxtəlif oyunçuları vardır, ilkin mütəxəssislər olaraq Oracle, SAP və IBM, artıq bazarda qərarlaşmış olan mütəxəssislər SAS, MicroStrategy və Information Builders və hal hazırda ən diqqətçəkənləri  isə Tableau, TIBCO, QlikTech, Birst və Qualtrics kimi oyunçularıdır. Bütün bunların bizneslər üçün yaratdığı fayda və imkanlar səbəbindən son illər ərzində Biznes Analitiklərinin işə alınmasında böyük bir artım olmuşdur. Bu imkanlara aiddir:

  1. Ağıllı qərarvermə

Biznes analitiki sizə qərar verməniz üçün lazım olan ən önəmli informasiyanı verir, həmçinin siz bunun sayəsində daha sürətli qərarlar qəbul edə biləcəksiniz. Belə ki, siz trendləri, məhsul tələbindəki yüksəlmə və enmələri müşahidə edə biləcək, indiki və əvvəlki hesabatları müqayisə edərək dəyişiklikləri müəyyənləşdirəcək, hər bir məhsul üçün investisiya hesabatı hazırlayacaq və bununla yanaşı müştəri satınalma gücünü ölçmək üçün bəzi modellərdən istifadə edə biləcəksiniz. Hal-hazırda bir çox uğurlu bizneslərin satış və marketinq şöbələri, xüsusilə biznes analitiklərindən faydalanaraq öz işlərini həyata keçirirlər.

  1. Məlumatın vizuallaşdırılması

Biznes analitikasının əsası olan data vizuallaşdırılması sizdə biznes haqqında daha aydın təsəvvür yaradacaq. Siz detallı təsvir olunmuş qrafiklərdən istifadə edərək qərar vermə prosesini daha maraqlı edə bilərsiniz. Çünki bəzən toplanmış informasiyanın ancaq texniki termin və rəqəmlərdən ibarət olması sizin üçün əsas məqamları görməni çətinləşdirir. Lakin böyük datanın belə aydın təqdimatı məlumatları ayırd etmənin daha aydın yoludur.

  1. Yeniliklərdən hər zaman xəbərdar olmaq

Trendlər gəlir və gedir, müasir alıcılar isə asanlıqla “ən son” və “ən yaxşı” təkliflərdən təsirlənirlər. Əgər biznesiniz dəyişikliklərin nəbzini tuta bilirsə siz yalnız o halda bugünün daima dəyişən alıcısı ilə ayaqda qala bilərsiniz.Biznes analitikası sizə hədəf kütlənizin nə düşündüyü haqqında ən faydalı informasiyanı verəcək. Nəzərə almaq lazımdır ki, müasir dövrdə bir startapın uğursuz olmasının ən əsas səbəblərindən biri istehlaçı ehtiyaclarına daha həssas olan iri startaplar ilə rəqabət apara bilməməsidir.

  1. Effektivlik

Biznes analitikası iş səmərəliliyini böyük ölçüdə artırır. Belə ki, böyük həcmli datanın sürətli olaraq toplanıb analiz edilməsi və təqdimatının cəlbedici bir şəkildə hazırlanması çalışanlar üçün daha aydın bir təsəvvür yaratdığından və biznes hədəflərinə  çatmaq üçün nə etməli olduğunuzu göstərdiyindən komandanı işin effektivliyini artırmağa təşviq edir.

 

  1. İtkilərin aradan qaldırılması

Yaxşı təşkil olunmuş bir biznes analitika sistemi siz daha itkini hiss etməmişdən əvvəl sizi bu haqda xəbərdar edəcəkdir. Bu daha çox böyük korporasiyalar üçün əhəmiyyətlidir, çünki onların yaranan zərərləri daha böyük olur. Belə biznes analitika sistemi sizin işdəki sahələr arasındakı əlaqələri də analiz edərək öngörülən zərərləri müəyyənləşdirəcəkdir. CIO saytının məlumatına görə, Toyota şirkəti Biznes analitikasının köməyi ilə 2000-ci ildə 812.000 dollarlıq bir zərəri əvvəlcədən aşkarlamış və aradan qaldırmaq üçün lazımı məlumatlarla şirkəti təmin etmişdir.

  1. Online biznes analizi

Oracle kimi faydalı Biznez analitikası alətləri sizə online biznes analizi və təqdimatı imkanı yaradır. OLAP ( Online analitika prosesi və təqdimatı) adlanan bu funksiya əgər lazımı texniki bilgiyə sahib deyilsəniz sizə konsultasiya xidməti göstərə bilər. Bu isə sizə imkan verəcək ki, müəyyən məbləğdə pul qarşılığında hansısa şirkətə tapşırmaqdansa, biznes təhlilini daha sərfəli şəkildə online həll edəsiniz. Bu həm də sizin vaxtınıza qənaət edərək işiniz üzərində daha çox fokuslanmaq fürsəti yaradacaq.

 

  1. Aktiv məlumat çatdırılması

Bisnes analitikası çox proaktiv olma imkanına sahibdir. O sizə lazım olan məlumatlarda hər hansı bir dəyişiklik olduğunda sizi xəbərdar edə bilər. Bu isə zamanında tədbir görməniz üçün əvəzsiz üsuldur.

  1. İnkişaf etdirilən danışıqlar

Biznes analitikasından əldə etdiyiniz informasiyalar təchizatçılar, investorlar və digər biznes partnyorlar ilə danışıqlarda sizə kömək edəcək. Məsələn, siz əgər nəğd pul problemi ilə əlaqədar ödəməni gecikdirmək istəyirsinizsə, o zaman təchizatçını inandırmalısınız ki, qısa zaman ərzində ödəmə üçün daha yaxşı imkanlarınız olacaq. Bunu isə biznes analitikası vasitəsilə asanlıqla həyata keçirə bilərsiniz.

  1. İnkişaf etdirilən iştirak səviyyəsi

Biznes üçün analiz olunan məlumatlardan yalnızca analitiklər deyil həmçinin menecerlər, texniki personal və hətta partnyorlar istifadə edə bilər. Bu isə o deməkdir ki, məlumat hər səviyyədə iştirakçının köməyi ilə optimallaşdırıla bilər.

  1. Self-servis biznes təhlili

Biznes analitikası sizə xüsusi təhlillər aparmağınıza imkan yaradır. Bu təkrar olunan analiz və ya tək səfərlik analiz şəklində həyata keçirilə bilər. Toplanan məlumatlar isə daha sonra başqaları ilə paylaşılır. Oracle’da bu Oracle Business Intelligence Enterprise Edition ilə həyata keçirilir.

 

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər