12 C
Baku
Sunday, November 17, 2024

Hər birimizin 895 dollar xarici borcu var

Azərbaycanın əməkdaşlıq etdiyi müxtəlif beynəlxalq maliyyə-kredit qurumları ilə 2019-cu il yanvarın 1-i tarixinə bilavasitə hökumətə verilən və dövlət büdcəsi vəsaiti hesabına xidmət edilən ümumi məbləğ 14169 milyon ABŞ dolları ekvivalentində kredit sazişləri imzalanıb.

İmzalanmış sazişlər üzrə ayrılan kreditlərdən ümumilikdə 12,393,9 milyon ABŞ dolları ekvivalentində vəsait istifadə edilib.

Bu barədə Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatında bildirilib.

Sənəddə qeyd edilib ki, 2019-cu ilin 1 yanvar tarixinə istifadə edilmiş kreditlər üzrə ümumilikdə təqribən 3466,8 milyon ABŞ dolları məbləğində əsas borc qaytarılıb.

Dövlət zəmanəti ilə verilmiş xarici borcun qalıq məbləği borcalan təşkilatların təqdim etdiyi hesabat məlumatlarına əsasən 2019-cu il 1 yanvar tarixinə 8927,1 milyon ABŞ dolları ekvivalentində olub.

Adambaşına düşən xarici dövlət borcunun məbləği 2018-ci ilin 1 yanvar tarixi ilə müqayisədə 54,5 dollar azalaraq, 2019-cu il 1 yanvar tarixinə 895 ABŞ dolları təşkil edib.

Nazirlər Kabinetinin 2018-ci ildə fəaliyyəti haqqında hesabatı Milli Məclisin martın 15-də keçiriləcək iclasında müzakirə ediləcək.

Son xəbərlər
Digər xəbərlər