Yapı Kredi Bank Azərbaycanın 1-31 dekabr tarixlərində keçirdiyi “Hər gün 2015 manat ” kampaniyasının 31 qalibi müəyyən olundu.
16 dekabr və 8 yanvar tarixində keçirilən lotereya çəkilişlərində 1-31 dekabr tarixləri arasında Worldcard-la 50 manatdan çox alış-veriş edən Worldcard sahibləri iştirak etdi və 31 nəfər, hər biri nə az, nə çox tam 2015 MANAT bal qazandılar.
Qaliblərin siyahısını sizinlə paylaşırıq: Turan Məmmədova, Gülüstan Almazova, Əsmər İbrahimova, Kamran Məmmədov, Ülkər Mehdiyeva, Fuad Babayev, Qasım Allahverdiyev, Namik Abbasov, Cavid Yaqubov, Bayram Babayev, Azər Əliyev, Gülşən Əsədova, Namiq Şalıyev, Tamilla Baqiyeva, Əsmər Məmmədova, Nəzakət Məmmədova, Rüfət Əlizadə, Samit Kərimov, Aygün Quliyeva, Sevinc Şirinova, Tamila Orucova, Həmid İsmayılov, İradə Mustafayeva, Aqşin Səlimov, Muxtar Mustafayev, Əfqan Orucov, Nailə Quliyeva, Babək Bayramov, Elnarə İsmayılova, Dilarə Sadıqova.
Qalib olan Worldcard sahiblərini təbrik edir və onlar üçün 2015-ci ilin uğurlu olmasını diləyirik.
Qeyd edək ki, kampaniya şərtlərinə əsasən 1-31 dekabr tarixləri arasında 50 manatdan çox alış-veriş edən Worldcard sahibləri hər gün 2015 manat qazanma şansı əldə etdilər və toplam olaraq kampaniya çərçivəsində 31 nəfər qalib oldu. Nəzərinizə çatdıraq ki, eyni gündə fərqli World Üzv Ticarət Obyektlərində edilən birdəfəlik 50 AZN və üzəri hər alış-veriş bir şans, hissə-hissə 50 AZN və üzəri hər alış-veriş iki şans olaraq nəzərə alınırdı.
9 yanvar tarixində Yapı Kredi Bank Azərbaycanın baş ofisində kampaniya qalibləri ilə birgə qaliblərin təltif olunma mərasimi keçirildi.
Nəzərinizə çatdıraq ki, Yapı Kredi Bank Azərbaycan artıq 3-cü ildir ki Worldcard müştəriləri üçün bu kampaniyanı keçirir və bu kampaniya çərçivəsində 93 şanslı Worldcard sahibləri qalib olmuşlar.