1. Qeyri-sağlam qidalanma
Artıq hamımıza çoxdan məlumdur ki, həddindən çox kalorili və az miqdarda vitaminli qidalar insan sağlamlığına böyük ziyan vurur, piylənməyə səbəb olur və ürək-damar xəstəliklərinin yaranma riskini artırır.
2. Siqaret, spirtli içkilər və enerji içkiləri
Siqaret çəkmək bütün orqanizmə zərər vurmaqla, ürək və ağciyər xəstəliklərini qaçılmaz edir. Spirtli içkilər isə sərtliyindən asılı olmayaraq insan orqanizmini asta sürətlə, lakin yenə də öldürür. Enerji içkilərinə gəldikdə isə, hətta istehsalçılar belə onlarda faydalı bir şeyin olmadığını etiraf edirlər. 1 enerji içkisi 10 tündə qəhvə fincanına bərabərdir. Bununla yanaşı, bu içkilər asılılıq yaradır və mütəmadi olaraq istifadədən sonra orqanizmdə bir sıra mənfi dəyişikliklər qeydə alınır. Bununla da insan zamanla halsız və xəstə olur.
3. Yuxusuzluq
Yuxusuzluq – insan orqanizminin düşmənlərindən biridir. İnsan orqanizminə ümumilikdə 7 saat normal yuxu lazımdır. Mütəmadi olaraq yuxusuz qalmaq piylənməyə, diabetin və yüksək təzyiqin yaranmasına səbəb ola bilər.
4. Narkotiklərin istənilən növü
Ən “təhlükəsiz” növləri də daxil olmaqla bütün narkotik növləri asılılıq yaradır və orqanizmi məhv edir. Bundan başqa, narkotikdən asılılıq bir çox hallarda onları əldə etmək fonunda cinayətlərə səbəb olur.
5. Depressiya
Mütəmadi olaraq davam edən depressiya insan psixikasına güclü təsir edir və orqanizmin bütün vəziyyətini pisləşdirir. Bu zaman yemək, gəzmək, dostlarla ünsiyyət qurmağa qarşı həvəssizlik müşahidə edilir. Bütün bunlar insan sağlamlığında kiçik də olsa öz izini qoyur.
6. Nifrət və qəzəb
Bunlar da insan sağlamlığının düşmənlərindən biridir. Onlar daimi əsəbləri korlamağa xidmət edirlər.
7. Tənbəllik
Tənbəl insanlar tək divanda oturub gününü televizor qarşısında keçirən insanlar deyil. Onlar həmçinin günlərinin böyük hissəsini internetdə “nə isə maraqlı bir şeyin” axtarışında keçirirlər. Bu “maraqlı” şeylər isə onların həyatına müsbət heç nə qazandırmır. Tənbəllik xəstəlik və “boş cib” mənbəyidir.
8. Yalan
Yalançı insan daim gərginlik və narahatlıq içərisindədir. O daim öz sözlərini ağlında tutmalı, hər bir üsniyyətini yadda saxlamalıdır. O daim yeni nələrsə düşünüb tapmalıdır. Bütün bunlar nəticədə heç bir yaxşı dəyərlər qazandırmır. Əksinə, yalanınız tutulduqda dişlərinizi vurub tökdükləri an sağlamlığınız ziyan görəcək.
9. Televizor
Televizor – tək zərərli şüalanma deyil, həm də zərərli məlumat mənbəyidir. Bir çox hallarda televiziyada sağlam həyat tərzinə heç də uyğun olmayan şeylərin reklam edildiyini müşahidə etmək olar. Bunlar pivə və siqaret reklamından başlayıb, spirtli içkilər ilə bitir.
10. Qeyri-fəal həyat tərzi
Bu əsasən yeniyetmələrə və gənclərə aiddir. 30-40 yaşlarından sonra ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkməmək üçün vaxtında idmanla məşğul olmaq lazımdır.