“Əgər hər hansı bir məktəbdə yoluxma halı baş verərsə hansı qərar veriləcək? Yoluxma ilə bağlı məktəblərin bağlanma və açılması daha çox lokal xarakterli olacaq”.
Bunu Təhsil naziri Emin Əmrullayev COVID-19 pandemiyası dövründə təhsil müəssisələrinin fəaliyyətinin təşkili ilə bağlı keçirilən brifinqdə çıxışı zamanı deyib.
O bildirib ki, məktəblər açılandan sonra kütləvi yoluxma olacaqsa bu halda həmin təhsil müəssisələrinin məhdudlaşdırılması da qismən olacaq:
“Məsələn, Bakının Xəzər rayonunda bir məktəbdə kütləvi yoluxma halları olarsa, Qaradağ rayonunda məktəbi bağlamaq məntiqli deyil. Bağlanmalar, açılmalar və məhdudiyyətlərlə bağlı qərarlar daha çox xarakterli olacaq”.