22 C
Baku
Saturday, September 28, 2024

“Hər il əmək haqqı artırıla bilməz”

Vətəndaş 2015-ci ildə əmək haqqlarının artırılmasını gözləsinmi?

Milli Məclisin Sosial siyasət komitəsinin sədr müavini Musa Quliyev :

“Əgər ölkədə inflyasiya baş verirsə, hər hansı məhsulların bahalaşması özünü göstərirsə, buna uyğun olaraq kompensasiya edib, əmək haqqı qaldırılır. Digər tərəfdən, əhalinin sosial rifahının yaxşılaşdırılması məqsədi ilə ölkənin iqtisadi gücü buna imkan verərsə, əmək haqqını qaldırmaq olar”.

Musa Quliyev belə təcrübənin Azərbaycanda daha aktual olduğunu vurğulayıb: “Onu da deyim ki, bütün dünya ölkələrində hər il əmək haqqının qaldırılması praktikası yoxdur.  Son 10 ildə hər il prezident İlham Əliyev tərəfindən əmək haqqının qaldırılması barədə fərman və sərəncamlar imzalanıb. Elə öyrəşmişik ki, sanki hər il əmək haqqı qaldırılmalıdır. Bu da son 10 ildə Azərbaycanın sürətli inkişafına bağlı bir məsələdir. Elə ölkələr var ki, on illərlə əmək haqqı qaldırılmır. Elə ölkə də var ki, əksinə, əmək haqqı kəsilir, aşağı salınır, iş saatları artırılır, pensiya və müavinətlər azaldılır. Portuqaliya, İspaniya kimi dövlətlər Avropa Birliyinin (AB) üzvləridir. Amma o dövlətlərdə müxtəlif sosial ödənişlərin, əmək haqlarının azaldılması baş verir. Buna görə də hər il əmək haqqının artırılması barədə fikir söyləmək doğru deyil. Azərbaycanda əmək haqlarının artırılmasında hələ bir il keçməyib. İndi əmək haqlarının qaldırılmsına zərurət yoxdur. Bunun üçün ya inflyasiya, ya da şiddətli bahalaşma olmalıdır. Ona görə də bu ilin sonuna kimi Azərbaycanda müxtəlif sahələrdə çalışanların əmək haqlarının qaldırılmasında zərurət görmürəm. Ancaq gələn ilin büdcəsinin imkanlarına görə əmək haqları artırıla bilər”.

Son xəbərlər
Digər xəbərlər