Son günlər insanlar “Azpulmat” vasitəsilə 20 manat məbləğində borc pul ala bilir. Banker.az “Azpulmat” ilə nece pul əldə edilir və insanların o pulu necə geri qaytardığını araşdırdı.
İlk olaraq bildirək ki, “Azpulmat” yüksək texnologiya sayəsində daha rahat və əlçatan kredit təklif edir, kreditin ölkədə istənilən bankın bankomatında nağlaşdırılmasını və kreditin ölkədə istənilən bankın sizə məxsus olan debet kartına köçürülməsini təmin edir.
“Azpulmat” vasitəsilə onlayn şəkildə necə kredit əldə etmək olar?
Android telefonlarda “Playstore”dan “Azpulmat” proqramı yüklənilir. Proqram yüklədikdən sonra qeydiyyatdan keçən zaman mobil nömrə tələb edilir, telefon nömrəsinə sms kodu gəlir. Onu da qeyd edək ki, telefon nömrəsi yalnız öz adınıza olmalıdır.
Şəxsiyyət vəsiqənizdəki məlumatları oxutmaq üçün smartfonun kamerasından istifadə edərək sənədi MRZ Skan etməlisiniz. Skan etdikdən sonra yeni açılan səhifədə istədiyiniz borcun məbləği və müddəti göstərilir. 20 AZN məbləğində 10 gün müddətinə kredit verilir, ödəniləcək minimum məbləğ 21.90 manat təşkil edir. 20 AZN almaq-ın üzərinə toxunursuz, sertifikat xidmətlərinin göstərilməsi qaydaları (ərizə) ilə oxuyub razı olduqdan sonra təsdiq et düyməsinə basırsız.
Skandan sonra ön kamerada iki ədəd şəkil istənilir və 5-6 dəqiqə yoxlanılış gedir. Puldan hər kəs götürə bilər. Qeydiyyatdan keçdikdən sonra sizdən kartın 16 rəqəmi tələb olunur və pul birbaşa kartınıza daxil olur.
Azpulmat-dan götürülən krediti necə geri qaytarmaq olar?
Proqrama daxil olub, 20 AZN aldığınız nömrəni qeyd edirsiz, nömrəyə 4 rəqəmli kod gəlir. 22 manat ödədikdən sonra sizin məbləğ 40 manata qalxacaq, siz 40 manat da götürə bilərsiz. Hər dəfə ödədikcə götürəcəyniz məbləğ artırılır. Ödəmə üsulu olan bölmə çıxır. 2 üsul vasitəsilə ödəmək mümkündür: 1.Bank kartı vasitəsi ilə ödəmə və 2.AZPULMAT terminalında. Bank kartı vasitəsi ilə ödəməyə daxil olub, kartı seçirsiniz. Müddəti uzada və ya birdəfəlik ödəyə bilərsiniz. Müddəti uzadanda hər gün üçün 1.90 AZN yazılacaq. Ödəmə sisteminə daxil olduqdan sonra kart məlumatları olan səhifə açılacaq. Bank kartının 16 nömrəli şifrəsini, bitmə tarixi ay və il, CVV kodunu yazıb ödəniş edirsiniz. Sizin nömrənizə bankdan sms kod gəlir, həmin kodu daxil etdikdən sonra ödəniş uğurla həyata keçirilir. Qeyd edək ki, daxil etdiyiniz kartın balansında 22 AZN olmalıdır.
2-ci üsul olan AZPULMAT terminalı ilə ödəmədir ki, ancaq Bakı şəhərində yaşayanlara şamil olunur, çünki terminallar Bakıda mövcuddur. Terminallar Nəriman Nərimanov (Uşaq Stomatoloji Poliklinika tərəfdən giriş), Azadlıq və Nəsimi metrostansiyalarının içində, Qara Qarayev metrostansiyasının yaxınlığındakı “Rahat” marketin girəcəyində və Həzi Aslanov metrostansiyasının yaxınlığındakı “Rahat” marketin girəcəyində yerləşir.