15 C
Baku
Friday, November 15, 2024

“Hər kəs maşın düzəldə bilər”, – “Toyota”nın rəhbəri “Apple”a xəbərdarlıq etdi

“Toyota Motor” korporasiyasının prezidenti Akio Toyoda “Apple”ın avtomobil biznesinə başlamaq istəməsini məmnuniyyətlə qarşılayıb, lakin bu bazarın bir sıra xüsusiyyətləri barədə xəbərdarlıq edib.

Banker.az bu barədə “Forbes.ru”ya istinadən xəbər verir.

“Hər kəs texniki qabiliyyətə sahib olduğu müddətcə maşın düzəldə bilər, lakin onu istehsal etdikdə, müştərilərlə işləmək və müxtəlif dəyişikliklərə cavab verməklə yanaşı, 40 illik təcrübə qazanmaq məcburiyyətində olduğunu başa düşmək vacibdir”, – deyə Akio Toyoda söyləyib.

Yaponiya korporasiyasının rəhbəri texnologiya nəhənginin avtomobil bazarında daxil olmağına etiraz etmədiyini söyləyib, lakin qeyd edib ki, istehsalçılar avtomobillərin istismarı zamanı bir çox problemlərlə üzləşirlər: materialların əldə edilməsindən tutmuş on illər sonra onların utilizasiyasına qədər.

“Əgər texnologiya şirkətləri avtomobil sənayesinə gəlirlərsə, bu, sahənin gələcəyinin olması və müştərilər üçün daha çox seçim olduğu deməkdir. Biz yeni istehsalçıları salamlayırıq, lakin onların bu kimi sözləri deməsini ədalətli hesab etmirik: “Lazımi təcrübə qazanmaq üçün 40 ilə ehtiyacımız yoxdur, siz – uzun illər bu sahədəsiniz – bununla siz məşğul olmalısınız”, – deyə Toyoda vurğulayıb.

Qeyd edək ki, “Apple” avtomobil bazarına çıxacağını açıq şəkildə açıqlamayıb. Lakin 2020-ci ilin sonundan avtomobil qurmaq üçün potensial tərəfdaşlar axtarmağa başlayıb və 2024-cü ildə istehsala başlamaq barədə düşündüyünü bildirib.

“Bloomberg” mənbələrinə görə, “Apple”ın pilotsuz avtomobil istehsalına qədər ən azı beş il var, çünki hal-hazırda şirkət inkişafın başlanğıc mərhələsindədir. Əgər “Apple” avtomobil bazarına çıxarsa, ya istehsalı öz əlinə alacaq, ya da başqa bir şirkətlə tərəfdaşlıq edəcək.

Xatırladaq ki, “Apple” öz avtomobili üzərində 2014-cü ildə işləməyə başlamışdır, lakin bir müddətlik layihə üzərində işini dayandırmalı olmuşdur.

Son xəbərlər
Digər xəbərlər