-3 C
Baku
Sunday, December 15, 2024

Hər kəsin etdiyi maliyyə səhvləri

Biz sizə bu məqalədə, demək olar ki, hər kəsin etdiyi maliyyə səhvləri təqdim edəcəyik.

Xırda xərclərə qarşı laqeyd olmaq

Bu yəqin ki, ən yayılmış səhvdir. Lakin məhz bu səhvin buraxılmaması şəxsi maliyyənin idarə edilməsinin əsasını təşkil edir. Əgər inanmırsızsa, istənilən xırda xərcinizi götürün onu 365-ə və bir daha da 10-a vurun. Beləliklə, siz siqaret çəkməkdən imtina etsəniz ildə bir neçə manat qənaət etmiş olacaqsınız.

Benjamin Fraklinin də dediyi kimi, varlı olmaq üçün yaxşı pul qazanmaq və qənaət etməyi bacarmaq lazımdır.

Mənzil və kommunal xərclərinə qənaət etmək

Bir çox insan elektrik enerjisinə, qaza qənaət etmirlər. Məsələn, almanlar yatanda belə işığı və isitmə sistemlərini söndürürlər. Mütəxəssislərin hesablamalarına görə əgər mənzil və kommunal xərclərinə qənaət etsək, biz xərclərimizi 25-50% azaltmış olacağıq.

Pulları evdə saxlamaq

Əhalimizin böyük bir hissəsi pullarını evdə saxlayırlar. Bizim ölkədə hələ banklara o qədər də etibar etmirlər. Lakin pulları evdə saxlamaq təhlükəlidir.

Vəziyyətdən çıxış yolu mövcuddur. Özünüzə qalib gəlməyə çalışın və pullarınızı etibarlı bir banka yatırın.

Alış-verişi planlamamaq

Planlamadan alış-veriş etmək nə qədər də xoşdur. Lakin bu düzgün deyil. Psixoloqların fikrinə görə, bu növ əyləncələr həm pul qabımıza, həm də psixologiyamıza ziyandır.

Aşkarlanıb ki, emosional durğunluq keçirdikdə insan alış-veriş edirsə, o, yenidən stressə düşür və  bu stressdən onu yenidən alış-veriş qurtara bilər.

Yaxşı və yaxud pis əhvalda olmağınızdan asılı olmayaraq planlamadığınız halda alış-veriş etməkdən qaçının.

Elektronika və məişət texnikasını atmaq

İtaliyada belə bir adət var: onlar Yeni ildə mebellərini atırlar. Mərkəzi Avropanın qənətcil sakinləri isə lazımsız məişət əşyalarını xüsusi saytlarda satırlar.

Ticarət şəbəkələrində kredit götürmək

Son zamanlarda ölkəmizin sakinləri ticarət mərkəzlərində kredit götürməyə meyillidirlər. Adətən kreditin şərtləri qəliz olur və nəticədə kredit götürən əlavə faizlər ödəməli olur. Özünüzü əlavə xərclərdən qoruyun.

Biznes üçün kredit alanda öz evini girov qoymaq

Çox insan biznes qurmaq istəyir, lakin hər kəsin bunun üçün başlanğıc kapitalı yoxdur.

Buna görə insanlar banklara müraciət edərək kredit almalı olurlar. Ən sadə variant – əmlakı girov qoymaq. Lakin bu çox təhlükəlidir: asanlıqla həm biznessiz, həm də mənzilsiz qalmaq olar.

Yüksək əmək haqqı üçün əmək müqaviləsini bağlamaqdan imtina etmək

Böhran vaxtı keçib və iqtisadın real sektoru bərpa olunur, lakin buna baxmayaraq işçilər hələ də qorxu içindədilər. İnsanlar yüksək əmək haqqı qazanmaq üçün öz hüquqlarının pozulmasına razı olurlar.

Zərflərdə verilən əmək haqqı və əmək müqaviləsinin olmaması adi hal kimi qəbul olunmağa davam edir.

Belə qərar alan əməkdaş maliyyə cəhətdən zərər almış olacaq: təqaüdünü itirəcək, xəstələnəndə pul almayacaq və məhkəmədə öz əmək haqqlarını müdafiə edə bilməyəcək.

Son xəbərlər
Digər xəbərlər