Günlərin bir günü bir şəxs öz babasının yanına gələrək ona problemlərini danışır.
– Baba, mənim çalışdığım şirkətdə əsas vəzifələrin əksəriyyətini müdirin qohumları tutur.
Qohumları ilə mübahisə etməmək üçün müdir şirkətin biznesinə mane olan qərarlar qəbul etməyə məcbur qalır.
Bəzən elə olur ki, müdirin qohumları ucbatından şirkətimiz zərərlə üzləşir.
– Sən müdir ilə bu haqqda danışmısan?
– Şirkətə ilk gəldiyim vaxtlarda mən bu vəziyyəti müdirə başa salmağa çalışmışdım, lakin o,.. dedi ki, özü hər şeyi çox yaxşı başa düşür və bu mənim işim deyil.
-Bunları deyərkən sənin müdirin necə görünürdü?
Babasının sualına cavab vermək üçün o, həmin söhbəti yadına salmağa çalışır və deyir:
– Məncə, müdir elə görünürdü ki, sanki o, bu haqqda danışmaq istəmir.
Bir az fikirləşərək kədərli halda həmin şəxsin babası cavab verdi:
– Məncə bu həqiqətən də sənin işin deyil.