22 C
Baku
Monday, September 30, 2024

Hər kredit alanın 3,5 krediti var

“Vətəndaşlar kreditin ağırlığına dözmürlər”.

2011-ci ilin yekunlarına görə Azərbaycanda hər kredit götürən vətəndaşın 2,5 krediti var idi. Bu ilin mart ayına olan məlumata görə isə bu göstərici 3,5-ə qalxıb. Yəni, hər kredit alanın 3,5 krediti var.

Banker.az “Exo” qəzetinə istinadən xəbər verir ki, bu barədə İqtisadi təşəbbüslərə dəstək İctimai Birliyinin eksperti Samir Əliyev bəyan edib.
Bununla da iki il və 3 ay müddətində hər kredit götürənin adına orta hesabla 1 kredit də artıb.

“Bu, ölkədə istehlakçı kreditinin sürətlə artdığını deyir”.

Artım həm də ödəmə kartları ilə verilən kreditlərin sayında da müşahidə edilir.
Bu ilin mart ayı üçün əhalinin ödəmə kartları üzrə borcu 757,2 milyon manat olub.
Ekspertin sözlərinə görə, kreditlərin alınması arasında zamanla bağlı rəsmi statistika yoxdur. Amma S.Əliyev hesab edir ki, qeyri-rəsmi məlumatların əsasında müəyyən bir təsvir ortaya çıxarmaq olar.

“Əvvəllər də qeyd edildiyi kimi, Azərbaycanda bir kredit alana 3,5 kredit düşür. Belə ki, Azərbaycanda yeni kreditin verilməsi dövrü 6 aydan üç ilə kimi dəyişir.

Bununla əlaqədar demək olar ki, 7-9 ay ərzində kredit alan yeni kredit üçün müraciət edir. Baxmayaraq ki, 2011-ci ilin sonunda vətəndaşın yenidən kredit alması üçün bir il vaxt lazım idi.

Əslində isə cari vəziyyət vətəndaşların kredit yükünə dözməməsindən xəbər verir. Çıxılmaz vəziyyətə düşdükləri üçün isə birinci krediti bağlamaq üçün ikinci krediti götürməli olurlar, beləliklə də borc quyusuna düşürlər”, – S.Əliyev sözünü yekunlaşdırıb.

Son xəbərlər
Digər xəbərlər