9 C
Baku
Thursday, December 12, 2024

Hər qadına uyğun ən yaxşı “8 Mart” hədiyyə ideyaları – TOP 10

Mart ayının ilk həftəsini rəngarəng edən, ona zəriflik qatan özəl günlərdən biri şübhəsiz ki, “8 Mart Beynəlxalq Qadınlar Günü” bayramıdır.

Məşhur psixologiya alimi olan Freyd “Qadınlar nə istəyir?” sualına cavab tapa bilməsə də, biz “Kontakt” ilə birgə bütün xanımların ürəyinə yağ kimi yayılacaq 8 Mart hədiyyələrini müəyyən etməyə çalışmışıq.

1.Analara özəl 8 Mart hədiyyələri: Dünyanın ən peşəkar aşpazları belə yığılsa, deyəcəksiniz ki, “anamın əlinin duzu bir başqadır”. Haqlısınız, çünki analarımız bişirdiyi təamların içərisinə ədviyyatlarla yanaşı sevgisini, doğmalığını qatır. Elə isə mətbəxdə onun ən yaxın dostlarına çevriləcək sensorlu idarəetməsi olan Electrolux iri həcmli sobasını və ya yapışmayan, buxarda bişirmə, qovurma, pörtləmə həmçinin plov dəmləmə funksiyası olan Tefal multibişiricisini hədiyyə edə bilərsiniz. Yeməklər hazırlandı, indi isə istirahət zamanıdır. Ananız televizor qarşısına keçib bir fincan isti çayını içərək sevimli serialını izləsin, ev işlərini görməyi isə, robot tozsorana həvalə edin. Belə hədiyyəyə heç kim yox deməz. Onda seçiminizi rahatlıqla Xiaomi robot tozsoranından tərəf istifadə edə bilərsiniz. Minimum səslə çalışan sözügedən tozsoran heç bir halda ananınızın yorulmasına məhəl qoymayacaq.

2.Həyat yoldaşınıza özəl 8 Mart hədiyyələri: Ona hər şeyin ən gözəlini hədiyyə etmək istədiyinizi bilirik. İndi oxuyacağınız hədiyyələr həyat yoldaşınız üçün həm faydalı, həm də zövqlü seçim olacaq. Gəlin elə Philips saç fenindən başlayaq. Bu fen dəstinə həm düzləşdirici, həm də hava feni daxildir. 3 sürət sayına sahib Philips feni ilə yoldaşınız əhvalına uyğun saçını düz və ya sadə buruqlar formasında şəkilləndirilib müxtəlif saç düzümləri əldə edə bilər.

Philips məhsullarından söz açmışkən sizə son dərəcə zərif və müasir hədiyyələrdən hesab olunan Philips qəhvəbişirənini tövsiyə edə bilərik. Qəhvəbişirmə özəlliyi ilə yanaşı özündə qəhvəüyüdmə funksiyasını da cəmləşdirən sözügedən model espresso, kapuççino kimi ləzzətli, ətirli qəhvələrin hazırlanmasının öhdəsindən məharətlə gəlir.

3. Sevgilinizə özəl 8 Mart hədiyyələri: Sevdiyiniz xanıma 8 Mart hədiyyəsi düşündükdə ağlınıza gül, şokolad və s gələ bilər. Bir sirr verək ki, müasir xanımların ürəyindən artıq daha fərqli, tərz yarada bilən, həm nəbz, həm addım ölçən, eyni zamanda kalori hesablama funksiyası olan Apple smart saatı keçir. Qızılı rəngli bu hədiyyə onun üçün qızıldan da dəyərli olacaqdır.

Dəbli hədiyyə dedikdə Apple qulaqlıqlarından da yan keçmək olmaz. Adaptiv ekvalayzer funksiyası sayəsində bu qulaqlıqda səsi fərdə uyğun olaraq quraşdırmaq mümkündür. Apple qulaqlığı ilə onun qulağından qəlbinin dərinliyinə enin.

4.Qız övladlarınıza özəl 8 Mart hədiyyələri: Qızlarınızın ilk evinizə gəldiyi gün, ilk addımları, ilk ana və ata deməsi, yıxılmağı, ayağa qalxmağı bir sözlə bütün anları yadınızdadır. O bir gülüşü ilə bütün ailənizi isidə bilir. Siz də bu bayramda ondan diqqətinizi əsirgəməyib maraqlı anlarının rəngli şəkillərini çəkə və yerində çap edə biləcəyi funksional Instax Mini 11 dəstini hədiyyə edə bilərsiniz.

5.Bacınıza/rəfiqənizə/iş yoldaşınıza özəl 8 Mart hədiyyələri: Həyatınızdakı ilk dostunuz, həm sevincinə, həm kədərinə ürəkdən şərik olduğunuz bacılarınızı hədiyyəsiz qoymaq olmaz. Hazırsınızsa maraqlı və faydalı təkliflərə nəzər salmağa başlayaq. Bu hədiyyələr nəinki bacılar üçün, eyni zamanda rəfiqəniz və iş yoldaşlarınız üçün də məqsədəuyğun seçimlərdir. Məsələn Panasonic blenderi. Sağlam qidalanmaya önəm verən xanımlar üçün bu hədiyyə unikaldır. Sadəcə blender kasasına meyvə və tərəvəz hissələrini yerləşdirib, düyməni sıxmaqları kifayət edir ki, 1 neçə dəqiqə içərisində incə “smuzi”lərdən, dadlı kokteylərdən həzz alsınlar.

Quru və nəm şəkildə istifadə edilə bilən Braun Facespa Pro epilyatoru isə üzdəki arzuolunmaz tüklərdən azad olmağa kömək etməklə yanaşı, həmçinin adından bəlli olduğu kimi üzə “spa” prosedurunu tətbiq etməyə kömək edəcək. Üstəlik bu məhsul makiyaj, yağ və çirkləri əla şəkildə təmizləyir. Bir sözlə Braun epilyatorunu hədiyyə etsəniz həm sizin, həm də onun üzü ağ olacaq.

Qeyd edək ki, 30.000 çeşiddə olan məhsul təklifləri ilə bağlı ətraflı məlumat almaq üçün kontakt.az saytına, *6060 Çağrı Mərkəzinə və ya şəbəkənin müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Həmçinin, sizə ən yaxın “Kontakt Home” mağazasını buradan müəyyən etməyiniz mümkündür.

 

 

 

 

 

 

 

 

 

Son xəbərlər
Digər xəbərlər