6 C
Baku
Wednesday, January 15, 2025

Hər şeyi yadda saxlamağın ən effektiv üsulları

Qeyd aparın

2008-ci ildə Kioto universitetində keçirilən araşdırma sübut etmişdir: hər hansı məlumatı əzbərləməmişdən öncə, 15-20 dəqiqə ərzində son zamanlar baş vermiş kədərli hadisələri və kiçik xoşagəlməzlikləri xatırlayıb bir kağıza qeyd etmək təlimin səmərəliliyini artırır. Məsələ ondadır ki, bütün məngi hadisələri biz çox yaxşı yadda saxlayırıq. Və belə mənfi emosiyalardan sonra gələn informasiyanı beyin “mənfi” olaraq qəbul edir və güvənlə yadda saxlayır. Bu heç də xoş üsul olmasa da, real şəkildə işə yarıyır.

Vəziyyətinizi dəyişin

Əgər bir gecədə iki müxtəlif imtahana (yaxud yığıncağa) hazırlaşırsınızsa bunu ayrı-ayrı otaqlarda edin. Müxtəlif məkanlarda yadda saxlanılan məlumat beyində digər məlumat ilə qarışmır.

Yüksəkdən qışqırın

Sözləri qışqıra-qışqıra dedikdə 10% daha yaxşı yadda qalır. Axmaq səslənsə də, faktdır. Əlbəttə səsinizin çıxdığı qədər qışqırmaq məcbur deyil. Bir neçə dəfə yüksək səslə və aydın şəkildə hər bir sözü tələffüz etmək kifayətdir.

İfadəli olun.

Çətin dilləri öyrənənlər üçün daha bir məsləhət: öyrəndiyiniz sözləri və cümlələri jestlər vasitəsilə təsvir edin.

Özünüzü dinləyin

Lazımi informasiyanı öyrəndikdən sonra səsinizi diktafona yazdırın. Daha sonradan yatdıqda bu yazını dinləyin – öz səsinizi dinləyə-dinləyə yuxuya getməyiniz vacibdir. Bu artıq öyrənilən, lakin yadda saxlanılması çətin olan informasiyanın yadda saxlanılması üçün mükəmməl üsuldur.

Yerinizdə oturmayın.

Şeir əzbərlədikdə, dərs və yaxud hesabat oxuduqda otağın içərisində gəzməyə başlayın. Məsələ ondadır ki, gəzmək beynin fəaliyyətini aktivləşdirir və sizin yadda saxlamaq qabiliyyətiniz nəzərə çarpacaq dərəcədə yaxşılaşır.

Çox yatın

Hər hansı məlumatı öyrəndikdən sonra nə qədəq çox yatsanız, səhər məlumatı bir o qədər yaxşı xatırlayacaqsınız. Bunun əksinə olaraq isə yuxusuz keçən gecə yaddaşı əhəmiyyətli dərəcədə pisləşdirir. Çox istərdik ki, bütün tələbələr bunu oxusun və əməl etsin. İmtahandan bir gün öncəki gecə “daha bir neçə bilet öyrənməyə” cəhd etməkdənsə bir neçə saat tez yatmaq məsləhətdir.

İdmanla məşğul olun.

Bu mövzu ətrafında çoxsaylı araşdırmalar aparılmışdır və hər biri bunu təsdiq edir: aerobika hərəkətləri beyində qan dövranını və yaddaşı yaxşılaşdırır.

Son xəbərlər
Digər xəbərlər