16 C
Baku
Friday, October 18, 2024

Hər yeni avtomobil qəzadan necə sığortalanır?

Hər birimiz nə vaxtsa küçədən keçdiyimiz yerdə qəza nəticəsində yararsız hala düşmüş, evakuatorlar vasitəsilə daşınan avtomobillərin şahidi olmuşuq.

Sual yaranır? Komfort avtomobilləri idarə edərkən  avtomobilimizin sığortası haqqında düşünmüşük? Yoxsa bu ikinci dərəcəli məsəldir deyib, təxirə salmışıq?

Məlumat üçün qeyd edim ki, ölkədə 1,3 milyona yaxın avtomobil var. Hər ildə ölkəyə gətirilən avtomobillərin sayı, və xərcləri  artır. Belə ki, Dövlət Gömrük Komitəsinin 2014-cü ilin ilk 6 ayı ərzində qeyd etdiyi statistik məlumatlara əsasən, ölkəyə idxal olunan nəqliyyat vasitələri və onların hissələrinin həcmi 369, 451, 41 min ABŞ dolları, başqa sözlə 288, 172 AZN təşkil edib.

Onu da əlavə edək ki, 2014-cü ilin yanvar-iyun ayı üzrə hesablanmış sığorta haqları və ödənişləri aşağıdakı şəkildə olmuşdur.

Nəqliyyat vasitələri sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına 10 444,00 siğorta ödənişi edilib.

Avtomobil vasitələri sahiblərinin mülki məsuliyyətinin sığortasına edilən siğorta haqqı 507 853,82 manat, edilən siğorta ödənişləri isə 326 371,46 manat olub.

Avtomobil vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına edilən sığorta ödənişi isə 13 243 697,36 manat təşkil edib.

İcbari Siğorta Bürosu:

Bu ilin iyul ayında 99, 307 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

2014-cü ilin iyul ayında bağlanmış icbari sığorta müqaviləsi üzrə daxil olan sığorta haqqının məbləği isə 7,8 milyon manatı ötüb.

Sığorta ödənişləri və siğorta haqqlarına əsasən belə nəticəyə gəlmək olur ki, avtomobil sahibləri icbari sığortaya üstünlük verirlər.

Son xəbərlər
Digər xəbərlər