6 C
Baku
Monday, December 16, 2024

Həracda AMB-nin qısamüddətli notlarına kəskin tələb olub

18 oktyabr 2017-ci il tarixində Bakı Fond Birjasında  Azərbaycan Mərkəzi Bankının (AMB) 50100362S dövlət qeydiyyat nömrəli, 100 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib. Banker.az-a bu barədə BFB-dan məlumat daxil olub.

Hərrac zamanı 15 investor tərəfindən qiyməti 99.2278 AZN (10.01%) olan 20 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 422 489 700 AZN olub. Bu da hərraca çıxarlın həcimdən sifarişlərin 322% çox olması deməkdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.2278 AZN (10.01%), orta ölçülmüş qiyməti 99.2278 AZN (10.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 100.000.000 AZN təşkil etmişdir.

Son xəbərlər
Digər xəbərlər