Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə açıqlama verilib.
Bu barədə məlumat AMB-nin açıqlamasında deyilir.
14.04.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 263,75 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,14% təşkil edib.
Xatırladaq ki, AMB bugünkü hərracda 200 mln. manat cəlb etməti planlamışdı.






