10 C
Baku
Thursday, December 12, 2024

Hərbçilərin ildə bir dəfə pulsuz müalicə olunması təklif edilir

“Yeni hazırlanan “Hərbi qulluqçuların statusu haqqında” yeni qanun layihəsi Silahlı Qüvvələrin bütün növlərini əhatə edir”.

Bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Tahir Kərimli deyib.

O bildirib ki, qanun layihəsinə əsasən, hərbi qulluqçuların maaşı dövlət qulluqçularının maaşından az olmamalıdır: “Döyüşdə iştirak edənlərə 2-3 qat artıq pul verilməsi yeni qanun layihəsində təklif edilir. Ən azından icbari tibbi sığorta və digər ödənişlər siğortaedən tərəfindən ödəniləcək.

Eyni zamanda, hərbçilərin ildə bir dəfə pulsuz müalicə olunmaları məsələsi də layihədə yer alıb. Ümid edirik ki, bu layihənin maliyyə mexanizmləri tapılacaq və layihə müzakirə olunacaq”.

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər