1 C
Baku
Saturday, December 14, 2024

Hərbçilərin təqaüdləri rütbəyə görə artırılacaq

“Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsinə dəyişikliklər təklif olunur.

Bu barədə yanvarın 25-də Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin 2022-ci ilin yaz sessiyasında keçirilən ilk iclasında müzakirə aparılıb.

İclasda çıxış edən, komitə sədri Ziyafət Əsgərov qeyd edib ki, “Hərbi qulluqçuların statusu haqqında” qanun layihəsi yaz sessiyasının iş planına daxil edilib. Komitə sədri sənədin yüksək səviyyədə hazırlandığını, müvafiq dövlət qurumlarından müsbət rəylərin verildiyini diqqətə çatdırıb.

Sözügedən layihədə hərbi qulluqçuların maliyyə məsələləri öz əksini tapıb. Xüsusilə, ehtiyatda olan hərbçilərin rütbəsindən asılı olaraq, təqaüdlərinin artırılacağı bildirilir.

Qanun layihəsinin Maliyyə Nazirliyi tərəfindən dəyərləndirildikdən sonra Milli Məclisdə müzakirəyə çıxarılacağı gözlənilir.

MənbəModern.az
Son xəbərlər
Digər xəbərlər