Son dövrlərdə ABŞ-da biznes-kompaniyanın əsas aparıcı vəzifələrinə uğurlu hərbi idarəetmə təcrübəsi olan insanları götürmək dəb halını almışdı. Orduda (və xüsusən hə hərbi donanmada) xidmət xüsusi məktəbin və parlaq liderlik keyfiyyətlərinin əlaməti hesab olunur.
Belə aparıcı mövqe tutmuş əməkdaşlardan biri də Kreyq Melloy, Bloomfire kompaniyasının baş icraçı direktorudur. O, ordudan öyrəndiyi beş başlıca biznes-dərsi qısa şəkildə bizimlə paylaşır.
1. Məşq. Hər şey bacarıqların məşq etdirilməsi ilə başlayır və elə bununla da başa çatır. İstənilən bir işin yerinə yetirilməsi (özü də vacib əhəmiyyət daşıyan işlərin) həmişə ən yaxşı məşqdən daha pis olur.
2. Səlahiyyətlər. ABŞ Hərbi Dəniz Donanmasında bütün vəzifələrin öz təlimatları və standartları vardır. Bunların vasitəsi ilə əməkdaşlar öz öhdəliklərini öyrənirlər və rəhbərlər isə onların biliklərini test edir.
3. Qarışıq bacarıqlar. Dənizçilər nəinki, öz öhdəliklərin öyrənir, onlar həm də əlaqəli və digər sahələrlə bağlı bacarıqlara da yiyələnir. Əlbəttə ki, kompüter proqramçısı da menecmentin əlifbasını öyrənə, menecer isə mühasibatlıq ilə daha yaxından tanış ola bilər.
4. Revyu. Amerikan hərbi dəniz donanmasında revyu sistemi geniş yayılmışdır. Komandirlər və tabelilər çox da böyük olmayan esse-məruzələr yazırlar, burada onlar öz təcrübələrini paylaşır və təkmilləşmək istiqamətində təkliflər irəli sürürlər.(hərfi tərcümədə revyü – bir neçə ayrı-ayrı səhnələrdən, epizodlardan və nömrələrdən ibarət teatr tamaşasıdır).
5. Proqress –komandirlər öz tabeliyində olan şəxslərin nailiyyətlərini və inkişafını izləməlidirlər. Kompaniyada “medal” sistemi tətbiq etmək olar, bacarıqların inkişafını təmin edəcək qrafiklər düzəltmək və özünə aid olan bir şey yaratmaq da mümkündür.