18 C
Baku
Sunday, September 8, 2024

Hərbi hospitalın rüşvət alan əməkdaşlarının cəzası artırılıb

Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Vüsal Eyvazov və hospitalın digər əməkdaşı Hüseyn Ağayev barəsindəki hökmdən verilmiş protestə baxılıb.

Bakı Apellyasiya Məhkəməsidə keçirilən iclasda qərar olunub.

Hakim Qədim Babayevin sədrlik etdiyi hakimlər heyəti dövlət ittihamçısı tərəfindən verilmiş protesti qismən təmin edib.

Qərara əsasən, təqsirləndirilən şəxslər – Vüsal Eyvazov və Hüseyn Ağayevin hər birinin cəzası 1 il artırılıb.

Hərbi hospital əməkdaşları Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həbs olunublar.

Faktla bağlı başlanılmış cinayət işi üzrə Silahlı Qüvvələrin Baş Klinik Hospitalının bölmə rəisi Eyvazov Vüsal Qorxmaz oğlunun xidməti vəzifələrinin icrası zamanı həmin Hospitalın digər əməkdaşı Ağayev Hüseyn İlham oğlunun vasitəsilə çoxsaylı hərbi qulluqçuların hər birindən onlara dövlət tərəfindən birdəfəlik sosial sığorta müavinətinin ödənilməsi üçün Vətən müharibəsində aldıqları xəsarət dərəcələrinin təyin edilməsi müqabilində pul vəsaitlərini rüşvət qismində istəyərək almasına əsaslı şübhələr müəyyən edilib.

Keçirilmiş kompleks əməliyyat-istintaq tədbirləri nəticəsində Vüsal Eyvazov və Hüseyn Ağayev cinayət başında yaxalanıblar. Vüsal Eyvazov Cinayət Məcəlləsinin 311.3.2 (vəzifəli şəxs tərəfindən təkrar rüşvət alma), Hüseyn Ağayev 32.5, 311.3.2 (təkrar rüşvət almada iştirakçılıq) və digər maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

Bakı Hərbi Məhkəməsi ittiham olunan şəxslərə münasibətdə Cinayət Məcəlləsinin 62 (sanksiya həddindən aşağı cəza təyin etmə) maddəsini tətbiq edib.

Hökmə əsasən, Vüsal Eyvazov 2 il, Hüseyn Ağayev 1 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

MənbəApa
Son xəbərlər
Digər xəbərlər