27 C
Baku
Tuesday, August 19, 2025

Hərbi Prokurorluqda təyinat olub

Hərbi Prokurorluqda yeni təyinat olub.

Fərid Şükürov Bakının hərbi prokuroru təyin edilib.

Fərid Şükürov bu vəzifəyə ilk dəfə 2020-ci ildə təyin edilib. Bu dəfə o, ikinci müddətə həmin vəzifəyə təyinat alıb.

Qeyd edək ki, Fərid Şükürov xidməti fəaliyyətinə Ağdam Rayon Prokurorluğunda başlayıb. O, daha sonra Qarabağ Hərbi Prokurorluğunda müstəntiq, həmin hərbi prokurorluğun böyük müstəntiqi, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Hərbi prokurorluqlarda istintaqa nəzarət şöbəsinin prokuroru, Respublika hərbi prokurorunun köməkçisi, Təşkilat-analitik şöbəsinin rəisi və Qarabağın hərbi prokuroru vəzifəsində qulluq keçib, ədliyyə polkovnikidir.

MənbəOXU.AZ
Son xəbərlər
Digər xəbərlər