17 C
Baku
Thursday, October 16, 2025

Hərbi Prokurorluqda yeni təyinatlar olub

Azərbaycan Hərbi Prokurorluğunda yeni təyinatlar olub.

Banker.az xəbər verir ki, bu barədə müvafiq əmrlər imzalanıb.

Ədliyyə polkovnik-leytenantı Vaqif İsmayılov Respublika hərbi prokurorunun böyük köməkçisi vəzifəsinə təyin edilib.

Bundan başqa, Şəmkir hərbi prokurorunun müavini ədliyyə polkovnik-leytenantı Azər Mehdiyev vəzifəsindən azad edilərək, Dövlət ittihamının müdafiəsi üzrə idarənin böyük prokuroru vəzifəsinə təyin olunub.

İstintaq İdarəsinin mühüm işlər üzrə müstəntiqi ədliyyə mayoru Elxan Salamzadə isə Şəmkir hərbi prokurorunun müavini vəzifəsinə gətirilib.

 

MənbəQafqazinfo
Son xəbərlər
Digər xəbərlər