Bu gündən Azərbaycan Silahlı Qüvvələrində xidmət edən hərbi qulluqçuların COVİD-19 əleyhinə vaksinasiyasına başlanılıb.
Bu məqsədlə Silahlı Qüvvələrin Baş Klinik Hospitalı və digər hərbi hissələri ən müasir tibbi avadanlıqlarla təchiz olunub.
Xəstəliyin diaqnostikası üçün müasir standartlara cavab verən laboratoriyalar təşkil edilib.
Laboratoriyalarda xaricdə təhsil alıb, treninqlər keçmiş tibb işçiləri fəaliyyət göstərir.