-1 C
Baku
Sunday, December 15, 2024

Hərbi vəziyyət ləğv edildi – fərman

Azərbaycan Prezidenti İlham Əliyev 7 dekabrda hərbi vəziyyətin ləğv edilməsi haqqında fərman imzalayıb.

Fərmanda deyilir,

1. “Hərbi vəziyyət elan edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 27 sentyabr tarixli 1166 nömrəli Fərmanı ilə Azərbaycan Respublikasının bütün ərazisində elan edilmiş hərbi vəziyyət 2020-ci il 12 dekabr saat 00:00-dan ləğv edilsin.

2. Bu Fərman təsdiq olunması üçün Azərbaycan Respublikasının Milli Məclisinə göndərilsin.

3. Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi “Hərbi vəziyyət haqqında” Azərbaycan Respublikası Qanununun 25-ci maddəsindən irəli gələn vəzifələrin həyata keçirilməsini təmin etsin.

Son xəbərlər
Digər xəbərlər