22 fevral 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan İpoteka Fondu ASC–nin AZ2026008683 ISIN-li, 10 mln manat həcmində, 23 il (8280 gün) tədavül müddətli ipoteka istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az-a bu barədə BFB-dan məlumat daxil olub.
Məlumata görə, yerləşdirmə zamanı hərrac qiyməti 1006,3333 AZN olmuşdur. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 10 500 000 manat olmuşdur. Bu da tələbin təklifi 0,5 mln. manat üstələməsi deməkdir.
İstiqrazların nominal qiymətlə yerləşdirilmiş həcmi 10 000 000 manat təşkil etmişdir. İstiqrazların ödəmə tarixi 08 avqust 2040-ci ildir.