11 C
Baku
Tuesday, November 5, 2024

Valyuta hərrac başa çatdı – Dollar 1,79-a yaxınlaşdı

12 yanvar 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə yeni formatda hərrac keçirilmişdir.

AMB-dən Banker.az-a verilən məlumata görə, hərrac birtərəfli valyuta satışı formasında və rəqabətli qaydada keçirilmiş və sifarişlər ən yüksək qiymətdən ən aşağı qiymətə doğru təmin edilmişdir. Hərracda manatın orta çəkili məzənnəsi 1.7867 səviyyəsində formalaşmışdır.

Xatırladaq ki, AMB dolların bu günə olan rəsmi məzənnəsini 1,7742 manat səviyyəsində müəyyənləşdirib. Beləliklə, dollar bugünkü hərracda 0,7% bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər