18 yanvar 2017-cı il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının 50100353S saylı dövlət qeydiyyatından keçmiş ümumi həcmi – 5 000 000 manat, bir notun nominal dəyəri – 100 manat, tədavül müddəti – 28 gün olan qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.
Fondan Banker.az- daxil olan məlumata görə, hərrac zamanı 2 investor tərəfindən 2 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 10,000,000.00 AZN təşkil edib.
Sifarişlər 98.8475 AZN (14.9906%) və 99.0371 AZN (12.5005%) qiymətində təqdim edilmişdir.
Notların rəqabətli sifarişlər üzrə kəsmə qiyməti – 99.0371 AZN (12.5005%), orta ölçülmüş qiyməti – 99.0371 AZN (12.5005%), səviyyəsində Mərkəzi Bank tərəfindən müəyyən edilmişdir.
Bağlanılmış əqdlər üzrə hesablaşmalar 18.01.2017 (t+0) tarixində həyata keçirilmişdir
Notların nominal üzrə reallaşdırılmış həcmi 5 000 000 AZN manat məbləğində müəyyən edilmişdir.
Notların ödəmə tarixi 15.02.2017-cı ildir.