24 C
Baku
Friday, April 26, 2024

Hərraca çıxarılan kiçik dövlət əmlaklarının hərracı keçirləcək

 

Əmlak Məsəlləri Dövlət Komitəsi tərəfindən prosesə çıxarılan kiçik dövlət müəssisəsi və obyektin 4-ü torpaq sahəsi ilə birlikdə özəlləşdiriləcək. Həm torpaq sahəsinin, həm də tikilinin ayrıca qiymətləndirilməsi aparılıb. Torpaq sahəsi ilə birgə hərraca çıxarılan əmlaklar Şirvan, Zaqatala, Ağstafa və Cəlilabad rayonlarında yerləşir. Hərraca çıxarılan müəssisələr sırasında Şirvan Mexanizasiya Sahəsi, Zaqatalada yerləşən 9 saylı Səyyar Mexanikləşdirilmiş Dəstəsi kimi iri dövlət əmlakları var.

Hərracda fəaliyyətini yenidən qurmaqla daha çox gəlir gətirə biləcək əmlaklar sırasında Hacıqabulda yerləşən 12/1 saylı mağazanı nümunə kimi göstərmək olar. Həmin obyekt investorlar üçün xidmət sahəsində əlverişli obyektdir. Obyektin ümumi faydalı sahəsi 70 kv.m-ə yaxındır.

Özəlləşdirilməsi nəzərdə tutulan istifadəsiz qeyri-yaşayış sahələrindən 6-sı paytaxtda, 8-i Sumqayıtda qalanları isə Mingəçevir şəhərində, Ağdaş rayonunda yerləşir. Hərraca çıxarılan belə əmlakların sahəsi 18 kv.m ilə 124 kv.m arasında dəyişir. Bu isə vətəndaşlarda seçim imkanını artırır.

Özəlləşdiriləcək səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Belə iri müəssisələr sırasında “Mingəçevir Qum Çınqıl”, “Yevlax Kəndkimya Təchizat”, “Astara çay-3”, “Şıxlar Broyler”, “Ağcabədi Aqrotexservis”, “Ucar ağac emalı” kimi səhmdar cəmiyyətlər var. Qeyd edilməlidir ki, hərraca çıxarılan səhmdar cəmiyyətləri paytaxtla yanaşı, respublikanın müxtəlif bölgələrində yerləşir. Prosesə çıxarılan səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir.

Hərraca çıxarılan nəqliyyat vasitələrinin markaları da müxtəlifidir. Həmin avtomobillərin buraxılış tarixləri 2004-2008-ci illəri əhatə edir.

Xatırladaq ki, istənilən şəxs və ya media üzvü hərrac günü gəlib hərracda iştirak edərək prosesi izləyə bilər. Eyni zamanda, hərrac zalındakı böyük monitorlar vasitəsilə respublikanın digər şəhər və rayonlarında keçirilən hərraclar da canlı izlənilir.

Son xəbərlər
Html code here! Replace this with any non empty raw html code and that's it.
Digər xəbərlər