8 C
Baku
Friday, December 13, 2024

Hərracda 630 mln. manat yığıldı

Mərkəzi Bank tərəfindən 06.11.2017-ci il tarixində vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracı keçirilib.

Banker.az bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 630,8 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.

Xatırladaq ki, hərracda 100 mln. manat cəlb olunması nəzərdə tutulmuşdu.

Son xəbərlər
Digər xəbərlər