Bu gün Bakı Fond Birjasında (BFB) Azərbaycan Mərkəzi Bankının (AMB) 50101367S dövlət qeydiyyat nömrəli, 150 mln. manatlıq, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilib.
Banker.az-;n birjaya istinadən verdiyi xəbərə görə, hərraca 18 investor qiyməti 99,3812 manat (8,01%) olan 21 sifariş təqdim edib.
Sifarişlərin nominal qiymətlə ümumi məbləği 788 035 200 manat olub.
AMB-nin qərarına əsasən, istiqrazların kəsmə və orta ölçülmüş qiyməti 99,3812 manat (8,01%) müəyyən edilib. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 150 mln. manat təşkil edib.
Qiymətli kağızların ödəmə tarixi 2 may 2018-ci ildir.