9 C
Baku
Friday, December 13, 2024

Hərracda dövlət istiqrazlarına tələb təklifdən 27% az olub

28 fevral 2017-ci il tarixində, Bakı Fond Birjasında Maliyyə Nazirliyinin AZN nominallı, AZ0105001553 ISIN kodlu, 728 gün tədavül müddətli, 10 000 000 AZN həcmində qısamüddətli dövlət istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir. Bu barədə Banker.az-a BFB-dan bildirlir

Hərrac zamanı 7 investor tərəfindən 14 sifariş təqdim olunmuşdur. Sifarişlərin nominal üzrə ümumi məbləği 36,215,300.00 AZN təşkil edib. Bu da hərraca çıxarılan 50 000 000 manatın 27,57%-i deməkdir

Sifarişlər 86.5041 AZN (23.8749%) və 100.0000 AZN (15.0000%) qiymət intervalında təqdim edilib.

Hərracın yekunları üzrə bağlanılmış əqdlərin minimum qiyməti 100.0000 AZN (15.0000%) orta ölçülmüş qiyməti 100.0000 AZN (15.0000%) təşkil edib.

Bağlanılmış əqdlər üzrə hesablaşmalar 01.03.2017 (t+1) tarixində həyata keçiriləcəkdir

İstiqrazların nominal qiymət üzrə reallaşdırılmış həcmi  10 000 000  AZN təşkil edilib.

İstiqrazların ödəmə tarixi  26.02.2019-cı  ildir.

Son xəbərlər
Digər xəbərlər