13 C
Baku
Sunday, September 29, 2024

Hərracda Mərkəzi Bankın notlarına tələb təklifi 3,3 dəfə üstələdi

28 mart 2018-ci il tarixində Bakı Fond Birjasında Azərbaycan Respublikasının Mərkəzi Bankının (AMB) 50101267S dövlət qeydiyyat nömrəli, 250 mln manat həcmində, 28 gün tədavül müddətli qısamüddətli notlarının yerləşdirilməsi üzrə hərrac keçirilmişdir.

Hərrac zamanı 18 investor tərəfindən qiyməti 99.3812 AZN (8.01%) olan 23 sifariş təqdim edilmişdir. Sifarişlərin nominal qiymətlə ümumi məbləği 822 428 000,00 AZN olmuşdur. Bu da tələbin təklifi 3,3 dəfə üstələməsi deməkdir.

AMB-nin qərarına əsasən istiqrazların kəsmə qiyməti 99.3812 AZN (8.01%), orta ölçülmüş qiyməti 99.3812 AZN (8.01%) müəyyən edilmişdir. Hərrac nəticəsində istiqrazların yerləşdirilmiş həcmi 250 000000 AZN təşkil etmişdir.

Notların ödəmə tarixi 25.04.2018

Son xəbərlər
Digər xəbərlər