Azərbaycan Mərkəzi Bankı tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri açıqlandı.
AMB-dən Banker.az-a daxil olan məlumatda deyilir ki, 23.10.2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 480.8 mln. manat olub. Hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 10,01% təşkil etmişdir.
Xatırladaq ki, AMB bugünkü hərracda 100 mln. manat toplamağı planlamışdı.