12 may 2020-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir.
Hərracda tələb 47,9 mln. ABŞ dolları təşkil etmiş və tam təmin edilmişdir. Qeyd edək ki, may ayının 5-də keçirilən hərracda 62,9 mln. dollar, 7-də isə 56,5 mln. dollar təşkil etmişdi.
Hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşmışdır.