10 C
Baku
Friday, December 13, 2024

Hərracın nəticəsi: Banklarda manat qıtlığı var

Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə depozit hərracının nəticələri barədə məlumat açıqlanıb. Depozit hərracında marağın kəskin azalıb və təklif tələbdən 5 dəfə az olub.  Məlumat Banker.az-a AMB-dən daxil olub.

Məlumata görə, 6 mart 2017-ci il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 41,4 mln. manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 14,79% təşkil edib.

Xatırladaq ki, AMB bu gün hərracda 200 mln. manat cəlb olunması planlaşdırmışdı. Lkin, ötən həftə olan hərracda təklif tələbi  9% üstələmişdi.

Bildirək ki, AMB bu ilin yanvar-fevral aylarında depozit hərraclarında cəlb etdiyi vəsaitin ümumi həcmi 1 milyard manatı keçib. Araşdırmaya görə, hesabat dövründə AMB tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş 10 depozit hərracında cəmi 1 069,7 milyard manat cəlb edilib.

 XATIRLATMA 

AMB depozit hərraclarının keçirilməsinə 2016-cı ilin iyun ayında başlanıb.

Son xəbərlər
Digər xəbərlər