26 yanvar 2021-ci il tarixində keçirilən valyuta hərracında dollara tələbin yenidən yüksəldiyi müşahidə edilir.
Mərkəzi Bankda Dövlət Neft Fondunun iştirakı ilə növbəti valyuta hərracı keçirilmişdir. AMB hərracda tələb $69.8 mln. ABŞ dolları təşkil etmiş olduğunu və tam təmin edildiyini bildirir.
Qeyd edək ki, yanvarın 3-cü hərracında ( $142.2 mln) və 4-cü hərracında ($100.1 mln) xarici valyutaya yaranan tələb yüksəlsə də növbəti günlərdə 67 mln. ətrafında idi.
Hərracda manatın ortaçəkili məzənnəsi 1.7000 səviyyəsində formalaşmışdır.
Cəmi olaraq yanvarın ilk 7 hərracında $582.7 mln. satılıb, bu dekabrın eyni sayda ilk hərraclarında $475 mln. idi. Yəni, 23%-lik artım var.
Xatırladaq ki, Mərkəzi Bank tərəfindən valyuta hərracları həftədə 2 dəfə keçirilir və bu hərraclarda bankların həm nağd, həm də qeyri-nağd valyuta üzrə tələbləri tam təmin edilir.
Mərkəzi Bank 2017-ci ildən başlayaraq artıq 4 il ərzində milli valyutanın məzənnəsi saxlayıb. 12 yanvardakı açıqlamasında bildirib ki, cari ildə də Mərkəzi Bank tərəfindən valyuta bazarında stabilliyin tәmin edilməsi diqqət mərkəzində saxlanılacaqdır.