Yaxın vaxtlarda İranın neft ixracı sanksiyadan əvvəlki dövrdəki həcmə çatacaq.
APA-nın “Shana” agentliyinə istinadən verdiyi məlumata görə, bunu İran prezidenti Həsən Ruhaniİran parlamentinin yeni seçilmiş deputatlarının iştirakı ilə keçirilən konfransda bildirib.
H. Ruhani beynəlxalq banklararası hesablarla bağlı problemin də yaxın vaxtlarda qismən həllini tapacağını söyləyib.
Qeyd edək ki, sanksiyalardan əvvəl 2012-ci ildə İranın gündəlik maksimum neft ixracı 2,5 milyon barel olub. Sanksiyalar nəticəsində neft ixracı gündəlik 1 milyon barelə düşüb.